www.applmath.az

Home az | ru | en

“Riyaziyyatın tətbiqi problemləri” elmi konfrans

17/05/2018

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 16 may 2018-ci il tarixində “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş magistrant, doktorant və gənc tədqiqatçıların “Riyaziyyatın tətbiqi problemləri” elmi konfransı keçirilmişdir. Plenar iclası giriş sözü ilə universitetin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açmışdır. O, konfrans iştirakçılarna ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat vermiş və bu münasibətlə Bakı Dövlət Universitetində keçirilmiş konfranslar haqqında danışmışdır.

Plenar iclasda fakültənin dekanı akademik Məhəmməd  Mehdiyev “Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi uğurlar” mövzusunda çıxış etmişdir. Daha sonra konfrans iştirakçılarından 3 nəfər konfransın materiallarında çap olunmuş elmi işləri ilə bağlı məruzə ilə çıxış etmişlər. Bunlar aşağıdakılardır:

1. Abdullayeva A. Sərhəd şərtlərinə zamana görə törəmələr daxil olan qarışıq məsələmi həllinə sonlu fərqlər üsulunun tətbiqi
2. Kazımlı G.Разработка приложений на базе сверхточных нейронных сетей
3. Şəbiyeva Z. “Əsrin müqaviləsi”-nin qeyri-neft sektorunun inkişafına təsiri

Bununla da plenar iclas öz işini başa vurmuşdur. Daha sonra konfrans öz işini 8 bölmədə davam etdirmişdir, həmin gün saat 17:00-da konfransın işi başa çatmışdır.

Bookmark and Share