“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib
06/05/2015Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş magistrant, doktorant və gənc tədqiqatçıların “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə açaraq Azərbaycanın gələcək inkişafı üçün vacib strategiyanın, vahid elm-təhsil siyasətinin təməllərinin yaradılmasında, elm və təhsilin dünya səviyyəsinə istiqamətləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edək ki, konfrasın keçirilməsində əsas məqsəd tətbiqi riyaziyyat sahəsində prioritet məsələləri üzə çıxarmaq, informasiya texnologiyalarının sürətli inkişafını və iqtisadi tədqiqat işlərinin müasir elmin tələblərinə uyğun istiqamətləndirmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etməkdir.