www.applmath.az

Home az | ru | en

“Rəqəmsal ödənişlərin üstünlükləri” adlı treninq keçirildi

12/03/2021

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci tarixli “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın  icrası üzrə Respublika Mərkəzi Bankı “Məsuliyyətli borclanma rəqəmsal ödənişlərin üstunlükləri” mövzusunda təlimlərə başlamışdır. Təlimlər 02 mart 2021-ci il tarixində başlamışdır və 5 gün davam etmişdir. 02 mart 2021-ci il tarixində Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı  və nəzarəti şöbəsinin mütəxəssisi Rəşad Qasımov “Rəqəmsal ödənişlərin üstünlükləri”, 03 mart 2021-ci il tarixində Sıgorta fəaliyyətinə nəzarət departamentinin Siyasət  və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova “Sıgorta”, 09-11 mart tarixlərində isə Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin  inkişafı üzrə meneceri Rauf Agayev “İzafi borclanma” mövzusunda təlim keçmişlər. Təlimlərdə ön sözü Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Savadlılıgı şöbəsinin mütəxəssisi Fərəh Əliyeva söyləmiş və o bütün təlimlərdə  moderatorluq etmişdir.

Təlimlərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 3-cü və 4-cü kurslarında təhsil alan 200-dən artıq tələbə iştirak etmişdir. 5 gün davam edən çox maraqlı təşkil olunan təlimdə Mərkəzi Bankın məsul işçiləri və Bank Təlim Mərkəzinin əməkdaşları tələbələrə Dövlət Proqramı çərçivəsində məlumatlar vermiş, onların suallarını cavablandırmışlar. Sonda təlimdə aktiv iştirak edən tələbələrə sertifikatların verilməsi qərara alınmışdır.

Bookmark and Share