www.applmath.az

Home az | ru | en

SABAH magistratura proqramı çərçivəsində tələbələrlə görüş keçirilib

06/04/2022

5 aprel 2022-ci il tarixində SABAH magistratura proqramı çərçivəsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları Gülnar Tahirli və Kəmalə Səmədzadə iştirak edib. Tədbiri SABAH magistratura layihəsinin Bakı Dövlət Universiteti üzrə koordinatoru, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri prof. Ələkbər Əliyev giriş sözü ilə açıb. Ə. Əliyev cəmiyyətin inkişafında gənclərin rolunu qeyd edərək ixtisaslı kadrların formalaşması sahəsində magistratura təhsilinin əhəmiyyətinin vurğulayıb. Daha sonra Təhsil İnstitunun əməkdaşı Gülnar Tahirli çıxış edib, SABAH magistartura layihəsi haqqında ümumi məlumat verərək proqramda yer alan universitetlər, ixtisaslaşmalar və proqramın üstünlükləri barədə tələbələrə məlumat verib. Proqramın təhsil sahəsində əhəmiyyətindən danışan G.Tahirli SABAH magistratura proqramının əsas məqsədinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması olduğunu bildirib. Görüşün davamında Tətbiqi riyaziyyat və kibernetika fakültəsini SABAH magistratura üzrə məsul məsləhətçi İqbal Sadiqli çıxış edərək Bakı Dövlət Universitetində SABAH magistratura layihəsinin üstünlükləri, ixtisaslaşma üzrə tədris olunan fənnlər, dərslərin və əlavə tədbirlərin təşkili haqqında məlumat verib. Görüşün sonunda tələbələrin layihə haqqında sualları cavablandırılıb.

Bookmark and Share