www.applmath.az

Home az | ru | en

SABAH qruplarının fəal tələbələri mükafatlandırılıb

13/03/2017

Sabah yataqxanasında SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Təhsil üzrə ekspert Kamran Əsədov, “Welcome Travel” şirkətinin rəhbəri Emin Quliyev və Barattson şirkətinin əməkdaşı Cəlal Cumşidinin iştirakı ilə tələbələrlə görüş keçirilib. Şahin Seyidzadə   SABAH yataqxanasında tələbələrin təşəbüsü və özfəaliyyəti çərçivəsində mütəmadi olaraq Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. Daha sonra yataqxanada səmərəli fəaliyyətlərinə görə fəal tələbələrə sertifikatlar təqdim edilib, tədbirə dəstək olan “Welcome travel və Barattson School of Business&Finance” tərəfindən mükafatlar verilib.

Qeyd edək ki, Sabah yataqxanasında Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Turan Həsənlinin təşkilatçılığı ilə reallaşan tədbirlərdə Azərbaycan tarixi, musiqisi, poeziyası ilə bağlı maarifləndirici məlumatlar verilir.

Bookmark and Share