www.applmath.az

Home az | ru | en

SOCAR Daxili Təqaüd müsabiqəsinə start verib

17/02/2016

SOCAR hər il olduğu kimi bu il də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramını həyata keçirir. Proqrama müraciət onlayn qaydada qəbul olunur.

Müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında keçirilir. Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir.

Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada bu il martın 7-dək davam edəcək.

Bookmark and Share