www.applmath.az

Home az | ru | en

Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.

21/03/2021

18 mart 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Optimallaşdırma və idarəetmə” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müəllimi, dissertant Şəhla Məhərrəmli “ Birölçülü parabolik tənlik üçün idarəetmə tipli bir əmsalli tərs məsələ” mövzusunda  məruzə etmişdir.

Məruzəçi inteqral sərhəd şərtli birölçülü parabolik tənliyin baş əmsalının təyini haqqında tərs məsələnin variasional qoyuluşunu izah etdikdən sonra məsələnin həllinin varlığının isbatını göstərir, məqsəd funksionalının qradiyenti üçün alınan düstur və optimallıq üçün zəruri şərtləri göstərir.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share