www.applmath.az

Home az | ru | en

Təşəkkürnamə

19/02/2014

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri  O.Bayramov tərəfindən Bakı  Dövlət Universitetinin rektoru, akademik A.M.Məhərrəmova ünvanladığı məktub.

Hörmətli Abel müəllim
!

2011-ci ildə "U.S. News & World Rqıort" reytinq təşkilatı tərəfindən aktuari peşəsi ən çox illik qazancı olan 10 peşədən biri kimi qiymətləndirilmişdir. Respublikamızda xüsusən sığorta bazarında və pensiya fondunda aktuarilərə böyük ehtiyac duyulmaqdadır. Əvvəlki illərdə təşkil olunmuş "Aktuar hesablamalar kursları"nı qismən və ya tam şəkildə bitirib sertifikat alan məzunların hər biri sığorta şirkətlərinə, Dövlət Sosial Müdafiə Fonduna, Maliyyə Nazirliyinə və başqa müxtəlif maliyyə təsisatlarına cəlb edilərək həmin təşkilatların yüksək maaşlı, aparıcı mütəxəssislərinə çevriliblər.

Sığorta və digər maliyyə təşkilatlarında riskləri, idarə edən "Aktuar hesablamaları kursları" nın əsas tərkib hissələrindən biri ehtimal nəzəriyyəsi ve riyazi statistikadır. Biz statistik olaraq müəyyən etmişik bu kursları müvəffəqiyyətlə bitirib sertifikat alan məzunların 90 faizindən çoxu Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika, Mexanika riyaziyyat fakültələrinin məzunları və tələbələridir. Sertifikat almiş tələbələrin əksəriyyətinə Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnini Həsrətova Mirvari Həsənağa qızının tədris etdiyini müəyyən etmişik.

  1. Qeyd edək ki, Mirvari xanım "Aktuar hesablamaları kursları"nın bütün mərhələlərini keçmiş   12   məzundan   biri   və   yeganə   Universitet   müəllimidir. Aktuari peşəsinin Azərbaycanda inkişafında köməyinizə görə ("Akruar hesablamaları kursları"nın ilk  3  mərhələsi BDU-da təşkil olunmuşdur) Bakı Dövlət Universitetinə və Ehtimal nəzəriyyəsi və statistika kafedrasının müəllimi   Həsrətova Mirvari Həsənağa qızına Assosiasiya adından təşəkkürlərimizi bildiririk.

Bookmark and Share