www.applmath.az

Home az | ru | en

Tələbə və müəllimlər MDB İqtisadi Məhkəməsinin sədri ilə dialoqda iştirak edə bilərlər

12/02/2015

16-25 mart tarixlərində Müstəqil Dövlətlər Birliyinin İqtisad Məhkəməsinin (MDB İS) sədri Lyudmila Kamenovanın online konfransı təşkil olunacaq. Konfrans zamanı MDB İS-in fəaliyyəti ilə bağlı suallara cavab veriləcək. Konfrans MDB İS-in internet-portalında: http://sudsng.org/conference/ distant "sual -cavab" şəklində keçirələcək.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri, hüquq fənnləri üzrə müəllimlər, bütün maraqlanan şəxslər suallarını [email protected] və ya Belarus Respublikası, 220030, Minsk, Kirov küçəsi, 17; Faks: (37517) 328-62-07 27 marta kimi göndərə bilərlər. Suallar və ətraflı cavablar MDB İS-in http://sudsng.org/ saytında yerləşdiriləcək.

Mətbuat və informasiya şöbəsi, 12 fevral 2015-ci il.

Bookmark and Share