www.applmath.az

Home az | ru | en

Tətbiqi analizin riyazi üsulları kafedrasında 2022/23-cü tədris ili üçün nəzərdə tutulan ilk elmi seminarı keçirilmişdir.

30/09/2022

29 sentyabr 2022-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tətbiqi analizin riyazi üsulları kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Oktay Məmmədov çıxış etmişdir.

Mövzu: Klifford cəbrləri-1

Xülasə: Əvvəlcə Klifford cəbrinin tərifləri verilir. Klifford cəbrlərinə aid kiçik ölçülərdə misallar göstərilir: həqiqi ədədlər, kompleks ədədlər, ikiqat ədədlər, kvaternionlar, Pauli matriləri (onlar elektron spininin təsviri üçün Pauli tərəfindən (1927) daxil edilmişlər), Dirak’ın γ-matrisləri, Qrasman cəbri və s.

Seminar iştirakçıları mövzu ətrafında məruzəçiyə müxtəlif suallar verdilər. Dosent Oktay Məmmədov verilən sualları ətraflı cavablandırdı. Elmi seminarın sonunda kafedra əməkdaşları məruzəçiyə maraqlı və dolğun çıxışına görə təşəkkür etdilər, ona elmi fəaliyyətində uğurlar arzuladılar.

 

Bookmark and Share