Tətbiqi analizin riyazi üsulları kafedrasında elmi seminar keçiriləcək
14/10/2021E L A N
18 oktyabr 2021-ci il saat 13:00-da Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Tətbiqi analizin riyazi üsulları kafedrasında elmi seminar keçiriləcəkdir. Seminarda kafedranın professoru N.Ə.Əliyev “Bagley-Torvik tənlikləri sinfinə analitik yanaşma” (Analytical approach to a class of Bagley-Torvik equations) mövzusunda məruzə edəcəkdir.
Arzu edənlər iştirak edə bilər. Elmi seminar əyani formada və pandemiya qaydalarına əməl olunmaqla Tətbiqi analizin riyazi üsulları kafedrasında (otaq 217) olacaqdır.