www.applmath.az

Home az | ru | en

Tətbiqi analizin riyazi üsulları kafedrasında növbəti elmi seminar keçirilmişdir.

25/11/2022

24 noyabr 2022-ci il tarixində Tətbiqi analizin riyazi üsulları kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın professoru Nihan Əliyev çıxış etmişdir.

Mövzu: Diskret addittiv, multiplikativ və poverativ törəməli diferensial tənliklər üçün məsələlər

Xülasə: Bu tip diferensial tənliklər üçün Koşi və sərhəd məsələlərinə baxılır. Qoyulmuş məsələlərin həlli üçün analitik ifadələr alınır. Əvvəlcə baxılan tənlik üçün ümumi həll təyin edilir, bu ümumi həllə daxil olan ixtiyari sabitlər verilmiş başlanğıc və ya sərhad şərtlərindən tapılır.

Məruzəçi maraqlı və əhatəli formada mövzu ətrafında çıxış etdi. Seminar iştirakçıları mövzuya dair ona müxtəlif suallar verdilər. Professor Nihan Əliyev verilən sualları ətraflı olaraq cavablandırdı. Elmi seminarın sonunda kafedra əməkdaşları məruzəçiyə maraqlı və dolğun çıxışına görə təşəkkür etdilər, ona elmi fəaliyyətində uğurlar arzuladılar.

 

Bookmark and Share