www.applmath.az

Home az | ru | en

Tətbiqi analizin riyazi üsulları kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

15/11/2021

15 noyabr 2021 ci  il tarixində saat 13.00-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tətbiqi analizin riyazi üsulları kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

Seminarda kafedranın müdiri, mexanika üzrə elmlər doktoru Laura Fətullayeva “Bəzi konstruksiya elementlərinin dayanIqliq problemlərinin variasiya metodu ilə həlli” mövzusunda məruzə etmişdir.

Tədqiqatın əsas məqsədi müxtəlif materiallardan hazırlanmış laylardan ibarət olan bəzi konstruksiya elementlərinin qabarma və dayanıqlığının itirilməsi məsələlərinin tədqiq olunmasıdır. Bu zaman hər bir layın qalınlığı fərqli hesab olunur. Baxılmış məsələlər qarışıq tipli variasiya metodu ilə həll edilmişdir. Baxılan məsələlərin həlli prosesində konstruksiya elementlərinin bağlanma şərtləri və müxtəlif qeyri-xəttilik prinsipləri nəzərə alınmışdır.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share