www.applmath.az

Home az | ru | en

“Tətbiqi analizin riyazi üsulları” kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

18/03/2022

16 mart 2022-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Tətbiqi analizin riyazi üsulları” kafedrasınin Teams proqramında elmi seminarı keçirilmişdir. Seminarda kafedranın II kurs magistrləri çıxış ediblər.

1) Hüseynli Jalə

Mövzu: Bəzi qeyri-lokal şərtli q-fərq tənliklərinin araşdırılması

Xülasə: Qeyri-xətti q-fərq tənlikləri ilə təsvir olunan qeyri-lokal sərhəd məsələsinə baxılmışdır. Qeyri-lokal şərtlər həm nöqtəvi, həm də inteqral hədləri özündə saxlayır. Sərhəd məsələsi ekvivalent çevirmələrin köməyi q-inteqral tənliyinə gətirilmişdir. Sıxılmış inikas prinsipinin köməyi ilə həllin varlığı və yeganiyi haqqında teoremlər isbat edilmişdir.

2) Abbasova Gülər

Mövzu: Koşi-Riman tənliyi üçün kvadratda qeyri-lokal sərhəd şərti daxilində məsələnin həllinin araşdırılması

Xülasə: Burada birinci tərtib elliptik tip tənlik üçün sərhəd məsələsinə baxilmişdir. Sərhəd məsələsinə baxildiqdan sonra tənliyin fundamental həllinin köməyi ilə əsas münasibət qurulmuşdur. Əsas münasibətin verdiyi zəruri şərtlər ayrilmiş və onlarda olan sinqulyarliqlar özünəməxsus üsullarla  requlyarlaşdırılmışdır.

 

Seminar iştirakçıları mövzular üzrə magistrlərə müxtəlif suallar verdilər. Elmi seminarın sonunda kafedra əməkdaşları magistrlərə elmi fəaliyyətlərində uğurlar arzuladılar.

 

Bookmark and Share