“Tətbiqi analizin riyazi üsulları” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
09/06/202208 iyun 2022-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tətbiqi analizin riyazi üsulları kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Əhmədov Ramiz çıxış etmişdir.
Mövzu: Törəməsi kəsilməz dəyişən diferensial tənlik üçün qoyulmuş bir məsələnin həlli haqqında
Xülasə: Müzakirəyə çıxarılan işdə törəməsi kəsilməz dəyişən adi törəməli -tərtibli ( >0,
∊ diferensial tənlik üçün Koşi məsələsinə baxılır. Baxılan məsələnin həlli daxil olunmuş differensial ifadə üçün invarianta, yəni ixtiyari müsbət, həqiqi tərtibli törəmə üçün dəyişməyən funksiyaya əsaslanır. Xüsusi həll müəyyən şəkildə axtarılır və son nəticədə həllin analitik ifadəsi bu həllərin xətti kombinasiyası şəklində təyin olunur. Xətti kombinasiyanın əmsalları isə başlanğıc şərtin diskretləşdirilməsi vasitəsi ilə təyin olunur.
Seminar iştirakçıları mövzu ətrafında məruzəçiyə müxtəlif suallar verdilər. Dosent Əhmədov R. verilən sualları ətraflı cavablandırdı. Elmi seminarın sonunda kafedra əməkdaşları məruzəçiyə elmi fəaliyyətində uğurlar arzuladılar.