www.applmath.az

Home az | ru | en

Tətbiqi analizin riyazi üsulları kafedrasının on-line Elmi Seminarı keçirilmişdir.

30/03/2021

29 mart 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Tətbiqi analizin riyazi üsulları” kafedrasınin Teams platforması üzərindən online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, mexanika üzrə elmlər doktoru, professor Laura Fətullayeva “Çoxlayli, qeyri-xətti elastiki, ekssentrik halqanin limit vəziyyəti” mövzusunda  məruzə etmişdir.

Məruzəçi işin məqsədini izah edərək bildirdi ki,  xaricdən təsir edən müntəzəm təzyiqə məruz qalmış, qeyri-xətti elastiki materialdan hazırlanmış, çoxlaylı ekssentrik halqanın limit vəziyyətinin tədqiqidir. Bu cür tədqiqatların əsas xüsusiyyəti onunla bağlıdır ki, bir çox hallarda halqanı müxtəlif qalınlıqlı qəbul etmək lazım gəlir. Baxılan halda qabarma zamanı böhran qüvvənin müxtəlif qalınlığı xarakterizə edən parametrdən asılılığının hesablanması əhəmiyyət kəsb edir, belə bir parametrin varlığını isə, məsələn, məmulatın hazırlanmasında qeyri-dəqiqliyin olması ilə izah etmək olar. Praktiki olaraq belə qeyri-dəqiqlik bütün ekspluatasiya olunan borulara aiddir.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.


Bookmark and Share