www.applmath.az

Home az | ru | en

“Tətbiqi riyaziyyat” kafedrasınin növbəti elmi seminarı keçirilmişdir.

08/12/2021

07 dekabr 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Tətbiqi riyaziyyat” kafedrasınin növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın professoru, fizika-riyaziyyat elmləri doktoru Aqil Xanməmmədov “Modifikasiya olunmuş Bessel funksiyalarının indeksə görə sıfırları” mövzusunda  məruzə etmişdir.

Məruzəçi birinci növ modifikasiya olunmuş Bessel funksiyası haqqında ümumi məlumatlar verərək bildirdi ki,  təqdim olunan iş Bessel funksiyası və onun törəməsinin indeksə görə sıfırlarının tədqiqinə həsr olunur. Bununla yanaşı  elmi seminarda sağ yarım müstəvidə sıfırların olmadığı isbat olundu. Eyni zamanda ikinci növ modifikasiya olunmuş Bessel funksiyası və onun törəməsinin indeksə görə sıfirlarının sonsuzluqdakı asimptotikasının tapılma qaydası izah olundu.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share