www.applmath.az

Home az | ru | en

“Tətbiqi riyaziyyat” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.

28/05/2021

26 may 2021 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Tətbiqi riyaziyyat” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın professoru, fizika-riyaziyyat elmləri doktoru Hidayət Hüseynov “Kəsilən əmsallı ikinci tərtib diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri ” mövzusunda  məruzə etmişdir.

Məruzəçi bir sinif kəsilən əmsallı diferensial tənlik üçün Yost həllərinin qurulma qaydasını göstərərək bildirdi ki, səpilmə verilənləri daxil edilir. Tərs məsələnin əsas tənliklərinin çıxarılışını və səpilmə verilənlərinə görə tənliyin əmsalının tapılması  üçün alqoritmi verərək ətraflı məlumat verdi.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share