www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində virtual elmi seminar keçiriləcək

05/07/2020

10 iyul 2020-ci il tarixində saat 14:00-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Microsoft Teams platforması üzərindən virtual elmi seminar keçiriləcəkdir. Vebinarda Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının professoru, riyazi elmləri doktoru Rövşən ƏliyevSparre-Andersen tipli sığorta riski prosesinin asimptotik metodlarla tədqiqi mövzusunda məruzə edəcəkdir.

Ətraflı

Məruzə Sparre-Andersen sığorta riski prosesinin müxtəlif ehtimal xarakteristikaları üçün asimptotik ayrılışların alınmasına həsr olunur. Məruzədə komponentləri asılı təsadüfi kəmiyyətlər olan  Sparre- Andersen sığorta riski prosesi və “mükafatlı” bərpa prosesinin kovariasiyasi üçün əldə edilmiş asimptotik ayrılışlar haqqında geniş məlumat veriləcəkdir. Həmçinin  təkrar sığorta modeli üçün Sparre-Andersen sığorta riski modeli üçün iflas ehtimalının asimptotik davranışı haqqqında müəllifin əldə etdiyi elmi nəticə şərh olunacaqdır.

Vebinarda iştirak etmək istəyənlər [email protected] ünvanına müraciət edə bilərlər.

Bookmark and Share