www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələri ilə görüş

15/05/2014

Bu gün BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmov Yekun Dövlət Attestasiyasına buraxılan Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri ilə görüşüb.

Görüşdə rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, onların çoxsaylı suallarını cavablandırıb və müəyyən tapşırıqlar verib. Rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştirakları üçün dəstək vermək barədə göstərişlərini verib.

Mətbuat və informasiya şöbəsi, 20 may 2014-cü il.


Bookmark and Share