www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi seminar keçirilib

19/12/2020

18 dekabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində onlayn elmi seminar keçirilib. Seminarda İnformatika kafedrasının müdiri, dosent Mübariz Xəlilov “Lay proseslərinin fluidlərinin faza vəziyyətini nəzərə almaqla modelləşdirilməsi”  mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub ki, hər bir  neft və qaz layini yalniz bir dəfə iştismar etmək mümkün olur və bu sistemlər üzərində çoxsayli eksperimentlər aparmaq, işlənmə prosesində yol verilən səhvləri düzəltmək mümkün olmur. Ona görə də lay sistemlərinin işlənməsi prosesinin bütün mərhələlərində riyazi modelləşdirmə üsullarindan, kompüter texnologiyasindan istifadə etmək zərurəti meydana gəlir. Axinlarinin  riyazi modelləri mürəkkəb xüsusi törəməli diferensial tənliklərlə təsvir edilirlər. Lakin bu tənliklərin analitik üsullarla həllini qurmaq və onlarin əsasinda  flüid axinlarini tədqiq etmək mümkün olmur. Ona görə də flüid axinlarinin riyazi modellərinin kompüter texnologiyasindan istifadə etmək zərurəti meydana gəlir. Alinan kompüter proqrami flüid axininin kompüter modeli adlandirilir.

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar mövzu ətrafında disskusiya ilə davam edib.

Bookmark and Share