www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Respublika virtual Elmi Konfransı keçiriləcəkdir

20/05/2020

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə 3-4 iyun 2020-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş “RİYAZIYYATIN TƏTBİQİ PROBLEMLƏRİ” mövzusunda Respublika virtual Elmi Konfransı keçiriləcəkdir.
Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Konfransda iştirak etmək istəyənlər tədqiqat işlərini 31 may 2020-ci il saat 17:00-dək tezis şəklində (3 səhifədən çox olmamaqla) aytek@mail.ru ünvanına göndərə bilərlər.
Konfrans  materiallarının hazırlanma qaydaları:

Materialın həcmi – A4 formatlı 3 səh.-dən çox olmamaqla (sağdan, yuxarıdan və aşağıdan  2 sm, soldan-3 sm olmaqla)

Məruzənin adı - şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0, tünd qara.

Müəlliflər - şrif tölçüsü 14, interval 1,0. Müəlliflərin adı, atasının adı (inisialları) soyadı, tünd qara.

Təşkilatın adı - şrift ölçüsü 12, kursivlə, interval 1,0.

Elektron poçt ünvanı -  Şrift ölçüsü 12, kursivlə, interval 1,0.

Məruzənin mətni - şrift Times New Roman (azərbaycan, rus və ya inglis dillində olmaqla), şrift ölçüsü 14, interval 1,0. Formullar Equation Editor (Math Type) vasitəsilə yığılır, şrift ölçüsü 14.

Ədəbiyyat siyahısı - nömrələnir, şrift ölçüsü 14, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyadıdan qabaq, probelsiz yazılır.

Xülasə - məqalənin özdilində, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

Açar sözlər - 5-6 söz, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

NÜMUNƏ FAYL

Bookmark and Share