www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimlərinin Türkiyə Cümhuriyyətində konfransda iştirakı

24/02/2020
  1. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosenti Aytəkin Əfəndiyeva, İqtisadi kibernetika kafedrasının müdiri, dosent Fərhad Mirzəyev, kafedranın doktorantı Şəbnəm Kərimova, Əməliyyatlat tədqiqi və ehtimal nəzəriyyəsi  kafedrasının dosenti Mirvari  Həsrətova  Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhəri Hacı Bayram Vəli Universitetində keçirilən  “Ekonometrika, Əməliyyatlat tədqiqi və Statistika” adlı XX Beynəlxalq konfransda iştirak etmişlər. Bölmə iclaslarında Fərhad Mirzəyev və Şəbnəm Kərimova “Azərbaycanın əmək bazarında işsizliyin  ekonometrik qiymətləndirilməsi” və “Biliyə əsaslanan iqtisadiyyatın  qiymətləndirilməsi”,  Aytəkin Əfəndiyeva “İnput-Output Table  with Pollutants Included”, Mirvari Həsrətova   “Statistical Analysis of İnsurance Problems”  mövzularında məruzələrlə çıxış etmiş, suallara cavab vermişlər. Fərhad Mirzəyev və Aytəkin Əfəndiyeva bölmə iclaslarının oturum sədrləri olmuşlar. Universitetdə tədris prosesi ilə tanış olmuşlar. Konfransın həsr olunduğu elm sahələrinin – ekonometriya , əməliyyatlat tədqiqi və statistikanın tədrisində yeni yanaşmalarla maraqlanmış , yeni tədqiqat metodları ilə tanış olmuşlar.Fərhad Mirzəyev idarə heyətinin iclasında iştirak etmiş, gələn ilki konfransın Azərbaycanda keçirilməsi haqqda fikir söyləmiş, bölüm başçılarının və tədbir iştirakçılarının suallarına cavab vermişdir. Yekdilliklə 2021-ci ildə keçiriləcək konfransın Mingəçevir Dövlət Universiteti və Kutahya Universitetləri ilə birgə təşkil olnması qərara alınmışdır.
Bookmark and Share