www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində imtahan sessiyası davam edir

22/01/2021

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində  Microsoft Teams platforması üzrə keçirilən payız semestrinin imtahan sessiyası davam edir.

15-22 yanvar  2021-ci il  tarixlərində magistratura pilləsində I kurs 14 ixtisaslaşma, II kurs üzrə isə 16 ixtisaslaşmada 38 fənn üzrə 144 magistrant imtahanlarda fəal iştirak edərək müvəffəq qiymət almışlar.

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində payız semestrinin imtahan sessiyasının ikinçi həftəsi uğurla başa vuruldu.

18 -22 yanvar 2021-ci il tarixində bakalavriat pilləsində ümümi 2217 tələbə imtahanda iştirak edib. Müvəffəq qiymət alan tələbələrin sayı 2194.

İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyirlər.

Tələbələrin şikayət və təkliflərinə baxılması məqsədilə yaradılan BDU rektorunun yanında yaradılmış Apellyasiya Komissiyası və "Qaynar xətt" müraciətləri dinləyərək, qarşıya çıxan problemləri operativ araşdırır.

Bookmark and Share