www.applmath.az

Home az | ru | en

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində payız imtahan sessiyası başladı

06/01/2022

Tətbiqi riyaziyyat və kibernetika fakultəsində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq əyani formada təşkil edilib.

Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında təşkil ediləcək.

Magistratura səviyyəsinin I və II kurslarında bütün imtahanların yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil olunacaq.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Bookmark and Share