Universitetlərarası mobillik genişlənir
06/10/2015Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin 3 məzunu bəzi fənnlər üzrə kredit götürülməsinə icazə verilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin rəhbərliyinə müraciət ediblər. “Riyazi analiz”, Optimallaşdırma üsulları”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” fənləri üzrə əlavə akademik kreditin istənilməsində məqsəd təhsillərini xaricdə davam etdirmək və tələb olunan fənləri daha dərindən mənimsəmək məqsədi daşıyır.
Onu da qeyd edək ki, bu il Qafqaz Universitetinin üç tələbəsi Bakı Dövlət Universitetində təşkil edilən yay məktəbində, İstanbul Universitetinin bir tələbəsi isə yay semestrində iştirak edib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir tələbəsi isə payız semestri üçün kredit götürüb.
Xatırladaq ki, tələbələrin təhsil aldıqları universitetlərdə boloniya prosesinin qaydalarına uyğun olaraq kredit götürmək imkanları məhdud olduğu hallarda digər ali təhsil ocaqlarına müraciət edə bilərlər.