www.applmath.az

Home az | ru | en

Vətən Müharibəsi qazisi Əli Mehdiyev ziyarət edilmişdi

19/04/2021

10 Aprel tarixində Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi dekan müavinləri Fərhad Mirzəyev, Şamo Cəbrayılov və  universitetin THİK sədri Hacıbaba Mustafayevin iştirakı ilə Neftçala rayonunda BDU Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi  məzunu Vətən Müharibəsi qazisi Əli Mehdiyev ziyarət edilmişdir. Qazimizin vəziyyəti ilə bağlı məlumat alınmış və lazımi məsələlərdə köməklik göstərilmişdir.

Qeyd edək ki, Mehdiyev Əli Sənan oğlu 17 yanvar 1994-cu ildə Neftçala Rayonu Yuxarı Qaramanlı kəndində anadan olmuşdur.1992-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olmuş Rafael Əliyev adına Neftçala Rayon Yuxarı Qaramanlı kənd tam orta  məktəbinə 2000-ci ildə daxil olmuşdur. Həmin məktəbi 2011-ci ildə bitirib Bakı Dövlət Universitetinə daxil olub. Tətbiqi Riyaziyyat ve Kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb. 2015-ci ildə universiteti bitirib həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin aprel ayında baş vermiş. Aprel döyüşlərində iştirak edib . 1 aprel 2017-ci ildə ordu sıralarından təxris olunub. 29 sentyabr 2020-ci ildən Azərbaycan  Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə yer alıb. 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minamyot mərmisi nəticəsində ağır yaralanmış və sağ qolunu itirmiş bədənində çoxlu sayda qəlpə yarası almışdır. Döyüş yoldaşlarının köməyi ilə döyüş yerindən təxliyə olunub. Füzuli rayon Əhmədbəyli Hospitalında ilkin tibbi yardım göstərilmiş Bakı şəhərində Akademik MirQasımov adına Respublikaniski  Xəstəxanasına təxliyə olunub, 40 gün müddətində müalicə alıqdan sonra 16 noyabr 2020-ci il tarixində 2 ay müddətində məzuniyyətə buraxılıb. Məzuniyyəti bitirdikdən sonra N saylı hərbi hissədən 25 yanvar 2021-ci ildə təxris olub. Ali Baş Komandanın sərəncamı ilə “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bookmark and Share