www.applmath.az

Home az | ru | en

Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim.

14/10/2022

Azərbaycanın mərd, igid, qorxmaz oğullarından biridir  Tural Şirəliyev. Tural Faiq oğlu Sirəliyev 12.01.2000-ci ildə Masallı rayonunun Kəlbəhüseyn kəndində dünyaya göz açıb.  2006-cı ildə Masallı rayon, Nicat Əliyev adına Kəlbəhüseyn tam orta məktəbinin 1-ci sinifinə ilk addımlarını atıb.  2017-ci ildə məktəbi əla qiymətlərlə bitirib, 2018-ci ilin yanvar ayında isə Ağcəbədi rayonuna hərbi xidmətə yollanır və daha sonra isə hərbi xidmətini Fizuli rayonun sərhəd qoşunlarında davam etdirir. Bir il sonra isə müddətdən artıq hərbi xidmətə Beyləqan rayonuna çağırıldı. 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağın təmas xətti  boyunca ermənistan silahlı qüvvələri ciddi təxribatları başladığı üçün  Azərbaycanda  hərbi vəziyyət elan olundu. Tural 1 oktyabrda Fizuli rayonunda gedən döyüşlərə qoşuldu. O, piyada qoşunlarında, motoatıcı kimi iştirak edirdi.  Fizuli döyüşlərindən sonra Tural  Cəbrayıl, Xocavənd və Hadrutun azad olunmasında iştirak etmişdir.  Şuşa döyüşləri zamanı ”Qırmızı bazar”  adlı yerdə döyüş gedən zaman mərmi partlaması  nəticəsində çoxlu sayda  şəhidlər və yaralılar oldu.

Bu partlayışdan sonra isə Tural danışma və eşitmə qabiliyyətini itirir, amma buna baxmayaraq o və döyüş yoldaşları qəhrəmancasına vuruşaraq Şuşanı düşmən işğalından azad etdilər. Tural bu döyüşlərdə olan təssüratlarında deyirdi ki, soyuq və çətin hava şəraitinə baxmayaraq , bizə heç nə mane ola bilmədi. Məqsədimiz  yalnız irəliyə doğru addımlayaraq, canımız, qanımız bahasına da olsa doğma torpaqlarımızı, Qarabağımızı düşməndən azad edib, bir daha igid, qorxmaz, mərd millət kimi tarixə yeni bir pəncərə   açmaq  idi.

 

Nəhayət ki, ağır döyüşlərdən sonra, minlərlə igidlərimizin qanı, canı bahasına 10 noyabr 2020-ci il, saat 00:00 da atəşkəs imzalandı. 2-ci Qarabağ müharibəsi bitdikdən sonra Tural, “Vətən uğrunda”, “Fizulinin azad olunması”, “Xocavəndin azad olunması”  kimi bir çox medallarla tərtif olundu.
Tural 10.01.21 ci il tarixdə hərbi xidmətini başa vurub doğma eli Masallıya qayıtdı. Həmin gündən etibarən Masallı rayon Mərkəzi Xəstəxanasında müalicə kursuna başladı.

Müalicə kursu davam etdiyi zaman ali məktəbə qəbul imtahanının 1-ci ixtisas qrupu üzrə iştirak etmək üçün hazırlaşmağa başlayır. Arzuladığı tələbə adı Turalın nəsibi oldu. 2022-ci ildə o,  368 balla Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasının  1-ci kursuna qəbul olunur. Tural fakültənin dekanı Məhəmməd müəllimdən, ona dərs deyən müəllimlərdən  və  qrup  yoldaşlarından çox  razı  olduğunu  deyir.

Turalın timsalında Vətən uğrunda döyüşən və doğma torpaqlarımızı öz sahiblərinə qovuşduran bütün hərbicilərimizə minnətdarlığımızı bildiririk! Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizi və hərbicilərimizə isə sağlam  ömür arzulayırıq! Yaşasın Azərbaycanın mərd, qeyrətli, qorxmaz igidləri!

QARABAĞ-AZƏRBAYCANDIR!

Bookmark and Share