www.applmath.az

Home az | ru | en

Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Bakı Dövlət Universitetində təqdimat keçirilib

02/03/2016

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində martın 2-də Bakı Dövlət Universitetində təqdimat keçirilib.

  1. Tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov açaraq, Xocalı soyqrımı və onun siyasi mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, bu gün Azərbaycan gəncliyi milli vətənpərvərlik ruhunda tərbiyələnir və Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında gənclərin rolu əvəzsizdir.

Tədbirdə Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində aparılan işlər, hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri barədə "Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov təqdimatla çıxış edib. O, bildirib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının faciə barədə müfəssəl məlumatların toplandığı saytı yaxın günlərdə istifadəyə verilib. Sayt, həmçinin internet istifadəçilərinə, o cümlədən gənclərə kampaniyanın gedişatında iştirak etmək imkanı yaradan interaktiv platforma rolunu oynayır. Hər bir kəs “Xocalıya ədalət” beynəlxalq kampaniyasına könüllü kimi qoşulmaqla yanaşı, bu sayt vasitəsilə həyata keçiriləcək müxtəlif aksiyalarda fəal iştirak edə bilər.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

Qeyd edək ki, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin Azərbaycanın dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində təşkil etdiyi tədbirlər Xocalı soyqırımı ilə bağlı aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədi daşıyır.

Bookmark and Share