www.applmath.az

Home az | ru | en

Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb

17/11/2015

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı tələbə gənclərin sənət sərgisi” adlı layihə yekunlaşıb. Layihənin məqsədi yaradıcı tələbə gənclərin əl işlərinin təqdimatlarını, sərgisini keçirtməkdir. Layihə çərçivəsində müvafiq elanlar vurulub və ən yaxşı sənət əsərləri təbliğ edilib.

Gənc rəssam Ləman Əliyevanın rəsm əsərləri nümayiş etdirilib. Həmçinin Bakı Dövlət Universitetinin tələbələrinin əl işləri də təqdim olunub.

Üç gün davam edən sənət sərgisi çərçivəsində əlliyə  yaxın tələbə iştirak edib.

Bookmark and Share