www.applmath.az

Home az | ru | en

Zəfərə gedən yol-1 tədbir keçirildi.

06/04/2022

05.04.2022-ci il tarixində Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Aprel döyüşlərinin 6-cı il dönümünə həsr olunmuş "Zəfərə gedən yol-1" tədbir keçirildi. Tədbir Aprel döyüşlərinin və bütün Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Zümrüd Mirzəyeva Aprel döyüşləri haqqında ümümi məlumat verdi. Ardınca Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyyəti üzvləri Əfsanə Haqverdiyeva va Hacıyeva Xalidə əsgərlərimizin göstərdiyi qəhramanlıqları barədə məruzə etdilər və tədbir yekunlaşdı.

Bookmark and Share