www.applmath.az

Home az | ru | en

Zəfər- informasiya müharibəsində adlı onlayn tədbir keçirildi.

30/05/2021

25.05.2021-ci il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  "Zəfər- informasiya müharibəsində" adlı onlayn tədbir keçirildi. Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavinləri Cəbrayılov Şamo və Mirzəyev Fərhad iştirak ediblər. Tədbiri Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Abbasova Röya açıq elan etdi. Ardınca  Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin  Tələbə Gənclər Təşkilatının sədr müavini I kurs tələbəsi Məmmədli Təranə, I kurs tələbələri Dəmirli Xədicə, Ağasiyeva Əfsanə, Məlikzadə Toğrul çıxış etdilər. Tədbirdə fakültənin I kurs tələbəsi Əhmədzadə Aytəkin çıxışını ingilis dilində, Tələbə Gənclər Təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə sədri Abbasova Röya isə çıxışını rus dilində davam etdi. Çıxışlarından sonra mövzu ilə bağlı qısa video çarx nümayiş olundu. Sonda dekan müavini Cəbrayılov Şamo öz çıxışı ilə tədbiri yekunlaşdırdı.

Bookmark and Share