www.applmath.az

Home az | ru | en

Iqtisadi Kibernetika (Riyazi Iqtisadiyyat və Iqtisadi-Ekoloji Sistemlərin Modelləsdirilməsi) kafedrasi

Kafedranın tarixi

Bakı Dövlət Universitetinin “ Riyazi iqtisadiyyat və iqtisadi – ekoloji sistemlərin modelləşdirilməsi”kafedrası (hal-hazırda iqtisadi kibernetika kafedrası adlanır) Bakı Dövlət Universitetinin rektorunun 15 may 1996-cı il tarixli, 16 saylı protokolu ilə “Tətbiqi riyaziyyat və kibernetika “fakültəsinin nəzdində təşkil olunmuşdur. Kafedranın yarandığı gündən 2006-cı ilədək ona prof. Əli Teymur oğlu Nağıyev rəhbərlik etmişdir.2006-cı ildən 2014-cü il noyabrın 16-nadək kafedra müdiri prof. i.e.d Namiq Faiq oğlu Tağıyev olmuşdur.2015-ci il yanvarın 15-də müsabiqə yolu ilə dosent.,t.e.n. Fərhad Əlif oğlu Mirzəyev kafedra müdiri vəzifəsinə seçilmişdir.Kafedranın əməkdaşı,prof. N.F.Tağıyev Bakı Dövlət Universitetinin 5302.01 “Ekonometriya” ixtisaslaşmış dissertasiya şurasının,F.Ə.Mirzəyev,R.M.Quliyev və Ş.A.Abbasova isə dissertasiya şurasının nəzdindəki baza seminarının üzvləridir.
Kafedra uzun illərdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə istedadlı məktəb şagirdlərinin üzə çıxarılması , seçilməsi və onların müxtəlif ranqlı riyaziyyat olimpiadalarında iştirakına birbaşa rəhbərlik edir.

Hazirda kafedrada ştat üzrə 4 nəfər,o cümlədən 2 nəfər tam dosent ,1nəfər tam dosent əvəzi,1nəfər 0,5 ştat dosent, 1 nəfər 0,5 ştat əvəzçi dosent vəzifəsindədir.Onlardan hamısı elmlər namizədidir.Həmçinin 13 nəfəf dəvət olunmuş yüksək ixtisaslı professor-müəllim heyəti saathesabı formada kafedra ilə sıx əməkdaşlıq edir.


Kafedranın ştat cədvəli

  1. kafedra müdiri t.e.n., dos. Mirzəyev Fərhad Əlif oğlu
  2. f-r.e.n.dos. Quliyev Rafiq Meyxoş oğlu
  3. İ.e.n.dos. Abbasova Şərqiyyə  Abbas qızı
  4. i.e.n. Quliyeva Nərmin Əbduləli qızı
  5. f.r.e.n.,dosent 0,5 ştat əvəzçi Şıxlinskaya Reyhan Yusif qızı

 


2018-2020-ci illər üçün kafedrada Elmi istiqamət
İqtisadi , ekoloji  və sosial proseslərin sistemli analizi

Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar
1. Investisiyalar və investisiya siyasəti. N.Tağiyev. Bakı 2008.Dərs vəsaiti
2. Penitensiar xidmətin istehsal sahələri (mövcud vəziyyət və islahatlar). N.Tağiyev. Bakı 2008. Yaradıcı dərs vəsaiti.
3. Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant. R.M.Quliyev. Bakı 2008. Yaradıcı dərs vəsaiti.
4.  İqtisadiyyatın riyazi modelləri. N.Tağıyev,R.Quliyev, F.Mirzəyev. Bakı 2010, Fənn proqramı.
5.  Mikroiqtisadiyyat. Bakı 2011, Fənn proqramı .
6.  Makroiqtisadiyyat. Bakı 2011, Fənn proqramı.
7.  Doktoranturaya və dissertanturaya qəbul üçün 08.00.13- İqtisadiyyatın riyazi və instrumental üsulları    ixtisası üzrə proqram. M.F.Mehdiyev, N.Tağıyev,R.Quliyev, F.Mirzəyev, Bakı 2011.
8. N.F.Tağıyev, R.M. Quliyev, F.Ə. Mirzəyev “İqtisadi proseslərdə riyazi modelləşdirmə” Dərs vəsaiti, I hissə, Bakı, Adiloğlu, 2012.ş 208 s.
9. N.F.Tağıyev, R.M. Quliyev, F.Ə. Mirzəyev“İqtisadi proseslərdə riyazi modelləşdirmə” Dərs vəsaiti, I hissə (təkmilləşdirilmiş və əlavələr edilmiş II nəşr), Bakı, Adiloğlu, 2013, 256 s.
10. Программа по дисциплине «Математическое моделирование в экономике» (для бакалавров), Баку, 2013, 12 с.
11. Программа по дисциплине « Системный анализ в управленческой деятельности», Баку, 2013,7с.
12. Magistr təhsil pilləsi üzrə “Dinamik sistemlərin nəzəriyyəsinin iqtisadi inkişafın dinamik modellərinə tətbiqi” fənninin proqramı. Bakı, 2013, 10 s.
13. “Ekonometrika” fənni üzrə tədris proqramı. Bakı, 2013, 11 s.
14. İqtisadi kibernetika kafedrası üzrə tədris olunan fənlərin proqramları (magistr təhsil pilləsi üzrə) Bakı, 2014, 56 s.
15. Metodik göstəriş. Dinamik sistemlər nəzəriyyəsinin iqtisadi inkişafın dinamik modellərinə tətbiqi,Bakı 2015,16 səh.
16. Mетодическoе указание по дисциплине “ Mатематическое моделирование в економике”.,Баку, 2015,20 стр.
17. Metodiki göstəriş “ İdarəetmə fəaliyyətində sistemli analiz”, Bakı,2015, 12 səh.
18. Mетодическoе указание по дисциплине“ Системный анализ в управленческой деятельности”, Баку,2015, 16 стр.
19. Iqtisadiyyatın riyazi modelləri fənn proqramı Bakı,2019,16 səh.(azərbaycan və rusca).
20.Soft  komputinq nəzəriyyəsi fənn proqramı Bakı,2019,14 səh.(azərbaycan və ingliscə).
21.Maliyyə riyaziyyatı fənn proqramı Bakı,2019,8 səh. (azərbaycan və ingliscə).

Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi üzrə:
İqtisadiyyatın riyazi modelləri,Ekonometrika. Maliyyə riyaziyyəti. Qeyri səlis məntiq riyaziyyəti, Soft  komputinq nəzəriyyəsi.

Magistratura pilləsi üzrə:
İqtisadiyyat,İqtisadi riyazi modellər və ekoloji faktorların modelləşdirilməsi,İdarəetmədə strateji planlaşdırma prinsipləri,İqtisadi tətqiqatlarda ekonometrik modelləşdirmənin tətbiqi,İdarəetmə fəaliyyətində sistemli analiz,İqtisadi fəaliyyətdə qeyri müəyyənliklərin iqtisadi analizi,İiqtisadi fəaliyyətin informasiya təminatı,Maliyyənin idarə olunmasının prinsipləri,Dinamik sistemlər nəzəriyyəsinin iqtisadi proseslərə tətbiqi
, İqtisadiyyatda qərar qəbul etməyə sistemli yanaşma,İqtisadi tətqiqatlarda qeyri səlis həllər,Diskret riyazi modellər və onların sosial bioloji və ekoloji məsələlərə tətbiqi,Tətbiqi ehtimal nəzəriyyəsi və statistika,İqtisadi informasiya sistemləri və ekonometrik modelləşdirmə,Strateji planlaşdırma və informasiya təminatı,Ekoloji proseslərin modelləşdirilməsi,İntellektual idarəetmə sistemləri,Aktuar riyaziyyat və yaşayış analizi,Maliyyə idarə olunmasının tətbiqi məsələləri,Dinamik sistemlər nəzəriyyəsi və iqtisadi inkişaf modelləri,İqtisadi informasiya sistemlərinin statistik analizi,Neyrofazi texnologiyaları və ekspert sistemləri.

Beynalxalq əlaqələr və qrantlar
Кафедра  Amerika Birləşmiş Ştatlarının Georgia dövlət Universitetinin iqtisadiyyat kafedrası ilə əməkdaşlıq əlaqələri yaradıb və onun inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atır. Açiq Cəmiyyət İnistutu tərəfindən həyata  keçirilən Ali Təhsil üzrə proqram layihəsi çərçivəsində kafedra tədris prosesində bu təşkilatın gənc və prespektivli əməkdaşlarından istifadə edir.
Türkiyənin TOBB Ekonom və Texnologiya Universiteti ilə əməkdaşlıq davam edir.Kafedra əməkdaşları Azərbaycan Texniki Universitetinin əməkdaşları ilə birlikdə Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun qrantını udmuşdur.Hal hazırda “Azərbaycan Respublikasında davamlı social-iqtisadi inkişafın təhlili və ekonometrik modelləşdirmə vasitəsilə qiymətləndirilməsi” adlı layihə yerinə yetirilir(qeydiyyat nömrəsi EİF-2013-9(15)-46/44/5)
2015-ci il, may,  Türkiyə Edirnə şəhəri, XVI-cı  Uluslararası Ekonometrik , Əməliyyatlar tədqiqi və Statistika Simpoziumu.
2015-ci il, avqust, Bakı, The 5- th İnternational Conference on Control and Optimization üith industrial applications.
2016-cı il, may – iyun, Türkiyə, Sivas şəhəri, XVII-ci Uluslararası  Ekonometrik, Əməliyyartlar Tədqiqi  və Statistika Simpoziumu.
2017-ci il , 27-30 aprel , Barselona , İspaniya , İnternational Multidisciplinary  Conqress of Evrasia.
2017-ci il , 17-21 may , Nalçik , Rusiya Federasiyası , III-ый Международный Научной Конференции "Актуальные проблемы прикладной математики и физики"
2017-cı il , Astana ,  Kazaxıstan , İnternational Reseach Practice Conference  on “Mathematical Methods  and İnformation  Technilogies and  Macroecomeic Analysis  and Economic Policy“
2018-ci il , Ankara , Türkiyə , 5-ci Beynəlxalq Fazi Sistemlər Simpoziumu.
2018-ci il , 22-26 may , Nalçik , Rusiya Federasiyası , IV-ый Международный Научной Конференции « Актуальные проблемы прикладной математики»
2018-сi il ,2-4 may.  Girne , Şimali Kipr ,İCOPFE İnternational Conference on Perspectives for future Education
2018-ci il ,  17-20oktyabr , Antalya ,Türkiyə , 19.Uluslararası Ekonometri , Yöneylem  Araştırması  ve İstatistik Sempozyumu(EYİ 2018)
2018-ci il , 01.10-2019 –cu il , 20.06.BDU-nun “50+50” qrantı.Mirzəyev Fərhad “ Azərbaycanda əmək bazarında  işsizliyin səviyyəsinin ekonometrik qiymətləndirilməsi “
2020-ci il,12-14 fevral,Ankara,Türkiyə,20-ci uluslararası Ekonometri Yöneylem araştırması və İstatistik Sempozyumu (EYİ 2020).
2020-ci il,26-28 avqust Bakı 7-ci Beynəlxalq Sənaye Tətbiqi İdarəetmə və optimalllaşdırma konfransı(COİA-2020)

Bookmark and Share