İNFORMASIYA TEXNOLOGIYALARI VƏ PROQRAMLAŞDIRMA KAFEDRASI
Kafedranın tarixi
1993-cü ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində EHM və proqramlaşdırma kafedrası yaradılmışdır. 1993-1997-ci illərdə kafedraya informatika sahəsində respublikada tanınmış mütəxəssis fizika-riyaziyyat elmləri namizədi, dosent Mahmudzadə Ramin Əlinazim oğlu başçılıq etmişdir.
1997-ci ildən kafedranın adı dəyişdirilmiş, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası adlandırılmış və həmin ildən hal-hazıra kimi kafedraya əməkdar müəllim, texnika elmləri doktoru, professor Ələkbər Əli Ağa oğlu Əliyev başçılıq edir. Əliyev Ələkbər Əli Ağa oğlu 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1989-cu ildə o, Ukrayna MEA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutunda 05.13.17 - informatikanın nəzəri əsasları ixtisası üzrə namizədlik dissertasiyasını, 1996-cı ildə Kiyev şəhərində “Tətbiqi informatika” institutunda 05.13.04 - informasiyanın işlənməsi vəidarəetmə sistemləri ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedra müdiri, t.e.d., prof. Ə.Ə.Əliyev AMEA-nın İnformasiya texnologiyaları institutunda fəaliyyət göstərən dissertasiya şurasının sədr müavinidir. Prof. Ə.Ə.Əliyev Rusiyada və Ukraynada Nəşr olunan 4 beynəlxalq jurnalın redaksiya heyətinin üzvü, Azərbaycanda isə Bakı Universitetinin Xəbərləri və İnformasiya texnologiyaları problemləri jurnallarının redaksiya heyətinin üzvüdür.
Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının beynəlxalq əlaqələri çox genişdir. Kafedra M.V.Lomonosov adına MDU ilə, Ukrayna MEA-nın Kibernetika institutu, Riyazi maşınların və sistemlərin problemləri institutu ilə, Ukraynanın Vinnitsa Milli Texniki Universiteti ilə, Rusiyanın Voronej Dövlət Texniki Universiteti ilə sıx elmi əlaqələr saxlayır.
Kafedranın ştat cədvəli
- Kafedra müdiri t.e.d. prof. Əliyev Ələkbər Əli Ağa o.
- F.r.e.n. dos.Süleymanov Nizami Soyfat o.
- F.r.e.n., dos. Camalov Zeynal Ramazan o.
- F.r.e.n., dos. Cəbrayılov Şamo İsax o.
- İ.e.n., dos. Orucova Tutu Vaqif q.
- T.e.n., dos. Mehdiyev Hicran Bahadur o.
- F.r. üzrə fəlsəfə doktoru, dos. Sadayev Əzbər Şamı o.
- t.ü.f.d., müəllim Bağırova Sevinc Ələkbər q.
- B/m, Haciyev Rəmzi Niyazi o.
- B/m. Qurbanov Fuad İsgəndər o.
- müəllim Əlizadə Pərvin Elçin q.
2021-2023-cü illər üçün kafedrada Elmi istiqamət
Bulud texnologiyalarının tədqiqi
Kafedrada son illərdə çap olunmuş dərslik, dərs vəsaiti və proqramlar
- А.А.Алиев Распределенные системы обработки информации, Dərs vəsaiti, Bakı, BDU, 2003
- Ə.Ə.Əliyev və b. İngiliscə-rusca-azərbaycanca informatika, telekommunikasiya, radioelektroika üzrə lüğət, Bakı, 2004
- Ə.Ə.Əliyev, C.K.Kazımov Kompüterin arxitekturası və əməliyyat sistemləri, Dərs vəsaiti, Bakı, BDU, 2007
- Ə.Ə.Əliyev, A.Y.Əliyev, C.K.Kazımov İnformatikanın əsasları, Bakı, BDU, 2008
- Ə.Ə.Əliyev, R.N.Qədirov C və Paskal dillərində proqramlaşdırma, Dərs vəsaiti, Bakı, BDU, 2008
- Ə.Ə.Əliyev, R.Ə.Mahmudzadə, C.K.Kazımov və b. Fənn proqramları, Bakı, BDU, 2013
- Ə.Ə.Əliyev və b. Cəbrin tətbiqiləri: kodlar nəzəriyyəsi və kriptologia. Dərs vəsaiti, Bakı, BDU, 2015
- Ə.Ə.Əliyev və b. İnformatika, Dərs vəsaiti, Bakı, 2015
- Ə.Ə.Əliyev, C.K.Kazımov Alqoritmik dillər, Dərs vəsaiti, Bakı, BDU, 2016
- Ə.Ə.Əliyev, C.K.Kazımov Alqoritmik dillər, Proqram, Bakı, BDU, 2016
- T.V. Orucova və b. Microsoft Excel elektron prosessoru, dərs vəsait, Bakı, 2016
- Ə.Ə.Əliyev, C.K.Kazımov Alqoritmin analizi və hazırlanması üsulları, dərs vəsaiti, Bakı, 2017
- Ə.Ə.Əliyev və b. Fənn proqramları, Bakı, BDU, 2017
- Z.R. Camalov və b. Нечеткая методология многокритериального ранжирования университетов, monoqrafiya, Palmarium Academic Publishing, Almaniya, Mauritius, 2017
- N.S.Süleymanov, R.X. Ağamaliyev və b. Kompüter elmlərinin tarixi və metodologiyası, dərs vəsaiti, Bakı, 2017
- T.V.Orucova və b. Informasiya təhlükəsizliyi, dərs vəsaiti, Bakı, 2018
Kafedrada bakalavriat pilləsində tədris olunan fənlər
- Kompüterin arxitekturası
- Alqoritmin analizi və hazırlanması üsulları
- İnformasiya sistemləri və verilənlər bazası
- WEB texnologiyaları
- Translyasiya üsulları
- İnformasiyanın qorunması üsulları və proqramlaşdırma texnologiyası
- Paralel və paylanan hesablamalar
- Kompüter şəbəkələri
- Proqramlaşdırmanın əsasları-1
- Proqramlaşdırmanın əsasları-2
- Proqramlaşdırma texnologiyaları
Seçmə Fənlər
- Kompüter qrafikası
- Şəbəkə əməliyyat sistemlərı
- Sistem və tətbiqi proqram təminatı
- Verilənlərin strukturu
- Əməliyyat sistemləri
- Internet texnologiyaları
Kafedrada magistratura pilləsində tədris olunan fənlər
- Proqramlaşdırma dilləri
- Ekspert sistemlər və süni intellekt
- Lokal hesablama şəbəkələri
- İnternet texnologiyalar
- İnternetdə proqramlaşdırma
- Paylanmış verilənlər bazası və biliklər bazası
- Kompüter şəbəkələrinin texniki və proqram təminatı