www.applmath.az

Home az | ru | en

TƏTBIQI ANALİZİN RIYAZI ÜSULLARI KAFEDRASI

"Tətbiqi analizin riyazi üsulları" kafedrası 2002-ci ilin fevralında Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Kafedraya  Mex.e.d., professor əvəzi Fətullayeva Laura Faiq qızı rəhbərlik edir. Kafedrada 1 akademik,  2 professor, 1 professor əvəzi, 4 dosent, 1 baş müəllim, 1 baş laborant çalışır.

  1. Akademik Mehdiyev Məhəmməd Fərman o.
  2. Mex.e.d., prov. əvəzi. Fətullayeva Laura Faiq q.
  3. F.r.e.d., prof. Şərifov Yaqub Əmiyar o.
  4. F.r.e.d., prof. Əliyev Nihan Əlipənah o.
  5. F.r.e.n., dos. Əhmədov Ramiz Həşim o.
  6. F.r.e.n. dos. Fomina Nina İlyiniçna.
  7. F.r.e.n., dos. Məmmədov Oktay Mübarək o.
  8. F.r.e.n., dos. Məmmədova Nəzakət Böyükağa q
  9. F.r.e.n.,  baş müəllim Tağıyev Hikmət Tahir o.

Kafedra əməkdaşlarının elmi-tədqiqat işləri “Tətbiqi riyaziyyat” istiqaməti üzrə riyaziyyatın aşağıdakı  sahələrini əhatə edir:

1. Qeyri-bircins transversal – izotropik  örtüklər  nəzəriyyəsi.

2. Qeyri-lokal şərtli diferensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi.


Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar

  1. Determinantlar nəzəriyyəsi. Əhmədov N.Q. Bakı-2002. Metodik göstəriş.
  2. Ədədi və funksional sıralar. Mehdiyev M.F., Şərifov Y.Ə. Bakı-2004. Dərs vəsaiti.
  3. Асимптотический анализ некоторых пространственных задач теории упругости для полых тел. Mehdiyev M.F. «Elm» nəşriyyatı-2008. 320 s.
  4. Ədədi üsullar. Mehdiyev M.F.,  Əhmədov R.H., Eyvazov E, Şərifov Y.Ə. Bakı-2008. Dərslik.
  5. Ədədi üsullar. Əhmədov R.H., Fomina N.İ., Məmmədova N.B. Bakı-2017. Fənn proqramı .
  6. Метод однородных решений в анизотропной теории оболочек. “Çaşoğlu”, Баку,2009
  7. Ədədi üsullardan məsələ və misallar. ”Təknur”,  Bakı, 2011.
  8. Приближённые методы вычислений. “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2014, 233 s.
  9. Proqramlaşdırma texnologiyalarında hesablama üsulları. Zərdabi LTD” MMC 2015.

10.  Vibrations of holloü elastic bodies. Mekhdiyev M.F. Monoqrafiya. Springer.
11.  Riyazi məntiqə giriş. Əliyev N.Ə., Əhmədov R.H., Məmmədov O.M.
12.  Cəbrə giriş. Məmmədov O.M. “Bakı Universiteti” nəşriyyatı.
13.  L.F.Fətullayeva, N.İ.Fomina, O.M.Məmmədov. “Cəbr” fənninin tədris proqramı, 2019.
14.  N.Ə.Əliyev, R.H.Əhmədov, O.M.Məmmədov. Matrislər və qruplar. Dərs vəsaiti. 151 səhifə. Bakı, “Füyüzat” nəşriyyatı. 2020.
15.  M.F.Mehdiyev, O.M.Məmmədov. Xətti cəbrin əsas elementləri. Dərs vəsaiti. Bakı, “Füyüzat” nəşriyyatı. 2020-ci il.

Akademik, f.r.e.d., professor Mehdiyev M.F. Universitetin nəzdində yaradılmış ixtisaslaşmış FD 02.016 saylı Dissertasiya Şurasının sədridir. Kafedra müdiri, mex.e.d., prov. əvəzi Fətullayeva Laura Faiq q., kafedranın müəllimləri f.r.e.d., prof. Şərifov Yaqub Əmiyar o., f.r.e.d., prof. Əliyev Nihan Əlipənah o. FD 02.016 saylı Dissertasiya Şurasının üzvləridir.

Tədris olunan əsas fənlər:

Bakalavr pilləsi üzrə: Ədədi üsullar, Riyazi analiz, Cəbr, Həndəsə.
Magistratura pilləsi üzrə: Riyazi modelləşdirmənin əsasları, Bioloji və təbiət proseslərinin riyazi modelləşdirilməsi, Iqtisadi sistemlərin riyazi modelləri, Sosialogiyanın riyazi modelləri, Riyaziyyatın müasir problemləri, Koşi-Riman tənliyi üçün məsələlərin həlli və onların kompüter realizasiyası, Yüklənmiş diferensial tənliklər üçün məsələlərin həlli və onların kompüter realizasiyası.

Kafedra Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzi, Cənub Federal Universiteti, Sankt-Peterburq, Rostov, Kuban, Kazan dövlət universitetləri (Rusiya), Kiyev, Dnepropetrovsk, Donetsk universitetləri (Ukrayna), Beer-Şeva (İsrail), Kemberq (İngiltərə), Keele (İngiltərə) universitetləri ilə elmi-yaradıcılıq əlaqələri saxlayır.

“Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı, kafedranın professoru, akademik M.F.Mehdiyev 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Kafedranın bir qrup əməkdaşı BDU-nun 100 illik yubileyi ilə əlaqədar olaraq “Yubiley” medalı ilə təltif olunmuşdur.

Bookmark and Share