www.applmath.az

Home az | ru | en

RİYAZİ KİBERNETİKA

Riyazi kibernetika kafedrası Tətbiqi riyaziyyat kafedrasının bazası əsasında 1988-ci ilin aprel ayında yaradılmışdır. Kafedranın ilk müdiri texnika elmləri doktoru, professor Fərəcov Rzabala Hüseyn oğlu olmuşdur. R.H. Fərəcov 1973-cü ilə qədər AMEA-nın Kibernetika İnstitutunda işləmişdir. O, 1988-ci ildən 1997-ci ilə qədər kafedraya rəhbərlik etmişdir. R.H. Fərəcov, M.A. Krasnoselski və Y.Z. Tsıpkinin şagirdi olmuşdur. Onun xətti dinamik sistemlərdə Furye-Qalua çevrilmələrin əhəsr olunmuş işləri nəinki keçmiş SSSR məkanında, hətta dünyada ilk işlər idi. Bu işlər texniki kibernetikada yeni istiqamətlərdən diskret qurğulara aid məsələlərə spektral yanaşmanın əsasını qoymuşdur.Bu nəticələr sonralar ədədi siqnallar və sistemlərin işlənməsi üçün sürətli alqoritmlərin yaradılmasında mühüm rol oynamışdır. R.H.Fərəcovun xətti, qeyri-xətti və xanalı maşınlar nəzəriyyəsində aldığı nəticələr avtomatik idarəetmə, hesablama texnikası və diaqnostika sahəsində məsələlərin həllində mühüm rol oynamışdır. O 1997-ci ildə vəfat etmişdir. Kafedranın inkişafında prof. R.H.Fərəcov böyük rol oynamışdır. O nəzəri və tətbiqi kibernetika sahəsində 90-dan çox elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Xətti ardıcıllıq maşınları sahəsində yazılmış ilk elmi monoqrafiya ona məxsusdur. Prof. Fərəcov R.H. elmi-pedaqoji kadrların hazırlanmasında da böyük rol oynamışdır. Hazırda kafedrada işləyən müəllimlərin bir çoxu onun yetişdirmələridir.

1993-cü ildə kafedranın bazası əsasında İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası yaradılmışdır. 1998-ci ildən kafedraya f.r.e.d., professor Kamil Bayraməli oğlu Mənsimov rəhbərlik edir. Kamil Bayraməli oğlu Mənsimov 1950-ci il dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuş və 1968-ci ildə orta məktəbi, 1973-cü ildə isə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərb. MEA Kibernetika institutunda işləməyə başlamışdır. O, 1992-ci ilə qədər həmin institutda baş laborant, kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmişdir. 1992-ci ilin iyul ayında BDU-nun «Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə» kafedrasının dosenti vəzifəsinə seçilmişdir. O, 1979-cu ildə "Sonradan təsirə malik olan sistemlərdə optimallıq üçün zəruri şərtlər nəzəriyyəsinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə SSRİ EA Rəyasət Heyətinin qərarı ilə "Riyazi kibernetika" ixtisası üzrə baş elmi işçi adını almışdır. 1994-cü ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən "Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə" kafedrası üzrə dosent elmi adı verilmişdir. K.B. Mənsimov 1994-cü il iyun ayında "Riyazi kibernetika" ixtisası üzrə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin optimallığı üçün zəruri şərtlər" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 2000-ci ildə ona "Riyazi kibernetika" kafedrası üzrə AAk tərəfindən professor elmi adı verilmişdir. K.B. Mənsimov informatika sahəsində tanınmış alimdir. Optimal idarəetmə məsələlərinin keyfiyyət tədqiqi ilk növbədə zəruri şərtlər nəzəriyyəsinin yaradılması ilə başlanır. Pontryaqinin maksimum prinsipi optimallıq üçün ən güclu və ən sadə quruluşa malik birinci tərtib zəruri şərtdir. Lakin maksimum prinsipi optimallığa şübhəli idarə haqqında ümumiyyətlə məhdud informasiya verir. Bundan başqa, bir çox hallarda, ayrı-ayrı idarələr boyunca maksimum şərti ya da onun nəticələri cırlaşırlar, yəni trivial ödənirlər. Belə hallara məxsusi hal, uyğun idarələrə isə məxsusi idarələr deyilir. Beləliklə ikinci tərtib zəruri şərtlər nəzəriyyəsini yaratmaq və məxsusi idarələri tədqiq etmək problemi meydana çıxır. Müxtəlif tipli optimal idarəetmə məsələlərində məxsusi idarələrin tədqiqi həm də çox mühüm praktiki əhəmiyyətə malikdir. K.B.Mənsimovun işlərində optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün ikinci tərtib zəruri şərtlər almaq üçün yeni oriqinal universal üsul təklif edilmişdir. Bu üsulun köməyi ilə bir çox paylanmış və gecikməyə malik kəsilməz və diskret optimal idarəetmə məsələlərində yeni orijinal nəticələr alınmışdır.

K.B.Mənsimovun təklif etdiyi üsul onun şagirdləri tərəfindən bir çox optimal idarəetmə məsələlərinin tədqiqinə tətbiq edilmişdir. Son illər K.B.Mənsimov və onun şagirdləri çoxpilləli diskret və kəsilməz optimal idarəetmə məsələlərini və Volterra tipli fərq tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri və kafi şərtlərin alınması üzərində işləyirlər. Onun rəhbərliyi altında 12 dissertasiya işi müdafiə edilmişdir.  Hazırda onun rəhbərliyi ilə 5 doktorant və dissertant elmi tədqiqat işi aparır. K.B.Mənsimov BDU-nun böyük elmi şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “Riyaziyyat və mexanika” üzrə ekspert Şurasının elmi katibi olmuşdur. Səmərəli elmi pedaqoji fəaliyyətinə görə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2010/1011-ci il tədris ilində BDU-nun ilin kafedra müdiri adına layiq görülmüşdür.  O, 335-dən çox məqalənin, o cümlədən 18 dərs vəsaitinin və 5 monoqrafiyanın müəllifidir. Son illərdə K.B. Mansimov müxtəlif çoxsaylı proseslərin tədqiqi ilə məşğul olur. K.B.Mansimov Bakı Universitetinin böyük elmi şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Riyaziyyat və Mexanika üzrə AAK komissiyasının elmi katibi olmuşdur. Hal-hazırda AAK-ın Riyaziyyat üzrə Ekspert Komitəsinin üzvüdür. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni, 2019-cu ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir

Kafedranın professoru Knyaz Məmmədov diskret optimallaşdırma məsələlərinin müxtəlif siniflərinin həll üsullarının işlənməsi ilə məşğul olur. Bir və çox məhdudiyyətlərə malik olan tam ədədli və Bul proqramlaşdırma məsələlərinin optimal və suboptimal həllərinin tapılması üçün bir neçə yeni effektiv həll üsullarının müəllifidir. Xeyli sayda nüfuzlu jurnallarda çap olunmuş məqalələrin və bir monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 8 dissertant müdafiə etmişdir. Onun elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru 1 nəfər isə elmlər doktoru olmuşdur. O, 4-dərs vəsaitinin, 3 monoqrafiyanın (bunlardan biri Almaniyada nəşr olunmuşdur) və 160-dan çox elmi əsərin müəllifidir. ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş və 30 ildən çox müddətdə həllini tapmayan tamədədli tənliyin dezaqreqasiyası problemini həll etmişdir. Əmsalları intervallar şəklində olan tamədədli proqramlaşdırma məsəslələrinin suboptimist və subpessimist həllərinin tapılması üsullarını təklif etmişdir.

Tamədədli proqramlaşdırma məsələlərinin müxtəlif sinifləri üçün zəmanətli həll və zəmanətli suboptimist həll anlayışları vermiş və onların qurulması alqoritmlərini işləmişdir. Dosent Həşim Şimiyev son illər konfliktlərin riyazi üsullarla tədqiq olunması məsələləri ilə məşğul olur. Dosent Sabir Həmidov qeyri-hamar analizin üsullarından istifadə etməklə iqtisadiyyatın bəzi dinamik modellərinin riyazi üsullarla tədqiq olunması məsələləri ilə məşğul olur. Dosent Ə.B. Ramazanov 1984-1989-cu illərdə Belarusiya Dövlət Universitetində stajyor-tətqiqatçı və aspirant olub. 1990-cı ildə Belarusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Qabarıq diskret optimallaşdırma məsələlərində qradiyent ekstremumun xətası” mövzusunda 01.01.09 Riyazi kibernetika ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Görkəmli Belarus alimi f.-r.e.d., professor, Belarusiya Dövlət mükafatı laureatı Vladimir Alekseyeviç Emeliçevin yetişdirməsidir. Ə.Ramazanov qradiyent ekstremumun optimallığı üçün Qrosun kriteryasını daha geniş sinif məsələlər üçün isbat etmiş, bir neçə diskret qabarıq funksiyalar anlayışı daxil etmiş və onların xarakterizasiyasını tapmışdır. Diskret optimallaşdırma məsələlərində qradiyen ekstremumun zəmanətli xətasının tapılması, tərtib-qabarıq çoxluqların əyriliyinin qiymətləndirilməsi üçün metodika təklif etmişdir. Diskret arqumentli funksiyalar üçün bükülmə anlayışı daxil etmiş, bükülmə və əyriliyin kiçik həyacanlanmalarında zəmanətli xəta terminində qradiyent alqoritmin dayanıqlığı araşdırılmışdır. 2018-ci ilin mayında AMEA-nın İdarəetmə Sistemləri İnstitunun dissertasiya şurasında 3338.01 – sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Diskret strukturlarda qqradiyent tipli alqorimlərinin xətalarının keyfiyyət araşdırılması və bəzi qarışıq məsələlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dosent J.B. Əhmədova müəyyən sinif xüsusi törəməli diferensial tənliklərin keyfiyyət xassələrini tədqiq etmişdir. Hal-hazırda o, kəsr törəməli müxtəlif diferensial tənliklərlə təsvir olunan proseslərdə optimallıq üçün zəruri şərtlərlə bağlı məsələlərlə məşğul olur. Dosent Səadət Əliyeva Fornazini-Markenzini tipli ikiparametrli optimal idarə məsələlərinin tədqiqi ilə məşğul olur. Optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər almış, məxsusi idarələri tədqiq etmişdir. Baş müəllim Nailə Aslanova xətti ardıcıllıq maşınları və sonlu avtomatlar sahəsində mütəxəssisdir.

Hazırda kafedrada 8 müəllim və bir baş laborant işləyir.

  1. Mənsimov Kamil Bayraməli oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor.
  2. Məmmədov Knyaz Şiraslan oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor
  3. Həmidov Sabir İsa oğlu - fizika-riyaziyyat elmləri namizədi, dosent.
  4. Ramazanov Əli Behdaş oğlu - riyaziyyat elmləri doktoru, dosent
  5. Əhmədova Jalə Bilal qızı - fizika-riyaziyyat elmləri namizədi, dosent
  6. Əliyeva Səadət Tofiq qızı - fizika-riyaziyyat elmləri namizədi, dosent

 


Kafedrada riyazi kibernetikanın aşağıda adları çəkilən iki müasir elmi istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır.
1.
Diskret dinamik sistemlər və ardıcıllıq maşınlarının nəzəriyyəsi.
2.
Diskret optimallaşdırma və optimal idarəetmə.

Kafedrada bakalavrlar üçün
«Diskret riyaziyyat və riyazi məntiq - 1», «Diskret riyaziyyat və riyazi məntiq - 2», «Diskret riyaziyyat», «Riyazi məntiq», «Alqoritmlər nəzəriyyəsi», «Diskret sistemlər», «İnformatikanın nəzəri əsasları», «Qraflar nəzəriyyəsi», «Sonlu avtomatlar», «Kodlaşdırma nəzəriyyəsi», «Diskret proseslər» fənnləri tədris edilir.

Kafedranın əməkdaşları tərəfindən bir çox monoqrafiyalar və dərs vəsaitləri çap olunmuşdur.
Onların bəziləri aşağıdakılardır.
1.
Фараджев Р.Г. Линейные последовательные машины. M. "Сов. радио", 1973
2.
Fərəcov R.H., Şimiyev H.V. Diskret riyaziyyat. Bakı. BDU nəşriyyatı. 1998.
3.
Fərəcov R.H., Cavadov R.M. Diskret riyaziyyat. Bakı. BDU nəşriyyatı. 1992. 54 s.
4.
K.Ş. Məmmədov, K.B.Mənsimov, S.İ. Həmidov. "İqtisadi kibernetikadan mühazirələr" dərs vəsaiti. Bakı, BDU nəşriyyatı, 2008.
5.
K.B. Mənsimov. Diskret riyyaziyyatdan mühazirələr (dərs vəsaiti). Bakı, BDU nəşriyyatı, 2008.
6.
К.Б. Мансимов, А.Б.Рамазанов. Сборник задач по дискретной математике. (учебное пособие). Баку, Изд-во БГУ, 2008, 142 с.
7.
K.Ş. Məmmədov, K.B.Mənsimov, Əhmədova J.B., Əliyeva S.T. Alqoritmlər nəzəriyyəsindən məsələlər. BDU nəşriyyatı, 2010.
8.
Mənsimov K.B., Əhmədova J.B., Əliyeva S.T. Diskret riyaziyyatdan çalışmalar (dərs vəsaiti). Bakı, BDU nəşriyyatı, 2010.
9.
K.Ş. Məmmədov, S.İ. Həmidov. Riyazi məntiq və diskret riyaziyyatın əsasları. Bakı, BDU nəşriyyatı, 2010.
10.
Асланова Н.Х., Мансимов К.Б. Лекции по дискретной математике. Баку, БГУ, 2011, 150 с.
11.
N.X.Aslanova, K.Ş. Məmmədov, K.B.Mənsimov, Əhmədova J.B., Qraflar nəzəriyyəsi, dərs vəsaiti. BDU nəşriyyatı, Bakı, 2014.
12.
Mənsimov K.B. Qursa-Darbu sistemləri ilə optimal idarəetmə. Bakı, BDU nəşriyyatı, 1998, 114 s.
13.
Mənsimov K.B. Diskret riyaziyyatdan mühazirələr (II nəşr). Bakı, BDU nəşriyyatı, 2014, 116 s.
14.
Mənsimov K.B., Əhmədova J.B., Əliyeva S.T. Diskret riyaziyyatdan məsələlər. Bakı, BDU nəşriyyatı, 2013, 130 s.
15.
Асланова Н.Х., Алиева С.Т., Мансимов К.Б. Конечные автоматы. Баку. Изд-во БГУ, 2017, 132 с.
16.
Mənsimov K.B., Feyziyev F.G., Aslanova N.X. Kodlaşdırma nəzəriyyəsi. Bakı. Bakı Universiteti nəşriyyatı. 2009, 226 c.
17.
Алиева С.Т., Ахмедова Ж.Б., Мансимов К.Б. Задачи по дискретной математике. Баку. 2016, 140 с.
18.
Мансимов К.Б. Дискретные системы. Баку. Изд-во БГУ, 2013, 151 с.
19.
Abdullayev A.Ə., Mənsimov K.B., Məstəliyev R.O. Riyazi məntiqdən məsələ və çalışmalar. Bakı, BDU nəşriyyatı, 2014, 150 s.
20.
Abdullayev A.Ə., Əhmədova J.B., Məmmədov K.Ş., Mənsimov K.B. Alqoritmlər nəzəriyyəsi. Bakı. 2014. 186 c.
21.
Mənsimov K.B., Əhmədova J.B., Əliyeva S.T. Diskret analiz. Bakı, BDU nəşriyyatı, 20183, 302 s.
22.
Мансимов К.Б. Особые управления в системах с запаздыванием. Баку, Изд-во «ЭЛМ», 1999, 176 с.
23.
Мансимов К.Б., Марданов М.Дж. Качественная теория оптимального управления системами Гурса-Дарбу. Баку, Изд-во «ЭЛМ», 2010, 360 с.
24.
Марданов М.Дж., Меликов Т.К., Мансимов К.Б. Необходимые условия оптимальности второго порядка и исследование особых управлений в системах с запаздыванием. Баку, Изд-во «ЭЛМ», 2011, 363 с.
25.
Абдуллаев А.А., Мансимов К.Б. Необходимые условия оптимальности в процессах, описываемых системой интегральных уравнений типа Вольтерра. Баку, Изд-во «ЭЛМ», 2013, 224 с.
26. Мансимов К.Б., Масталиев Р.О. Оптимизация процессов описываемых разностными уравнениями Вольтерра. Изд-во “Lambert”, 2017, 263 с.
27.
К.Ш. Мамедов. Методы решения различных классов задач дискретной оптимизации. Баку, «ELM» 2011, 344 стр.

KAFEDRANIN ƏMƏKDAŞLARI DAİM KEÇİRİLƏN BEYNƏLXALQ VƏ RESPUBLİKA KONFRANSLARINDA İŞTİRAK EDİRLƏR.
Onlardan bəziləri aşağıdakılardır:
1.
7-th IFAC Workshop on contr. applic. of nonlinear program. and optimiz. USSR. Tbilisi, 1988.
2.
II Всесоюзная школа «Понтрягинские чтения». Оптимальное управление. Кемерово, 1988.
3.
Международный Советско-Польский семинар «Мат. методы оптим. управления и их прил.». Минск, 1989.
4.
III Всесоюзная школа «Понтрягинские чтения». Оптимальное управление. Кемерово, 1990.
5.
Всесоюзная конференция «Негладкий анализ и его приложения к мат. экономике». Баку, 1991.
6.
XVI Всесоюзная школа по теории операторов в функциональных пространствах. Нижний Новгород, 1991.
7.
I междун. конф. по мат.экономике, негладкому анализу и информатике. Баку, 1997.
8.
International Conference "Dynamical systems". Minsk, 1998.
9.
I международн. конф. «Обратные задачи теоретическ. и матем. физики».
10. The forst Intern. Conf. on control and optimiz. with Industrial Appl. Baku, 2005.
11.
The second Intern. Conf. on control and optimiz. with Industrial Appl. Baku, 2008.
12. The 2-nd Informational Conference "Problems of Cybernetics and informatics". Baku, 2008.
13.
Международная конференция «Современные проблемы математики, информатики и экономики.» посвященной 90 летию Бакинского Государственного Университета. Баку, 27 октября, 2009, с. 26-29.
14.
The third International Conference “Problems of Cybernetics and Informatics”, volume 3, september, 6-8, 2010, Baku, Azerbaijan
15.
Türk dünyası riyaziyyatçıları cəmiyyətinin IV konqresi. 1-3 iyul 2011-ci il.
16.
Международная конференция «Динамические системы, устойчивость, управление, оптимизация» посвященная к 95-летию со дня рождения акад. Е.А. Барбашина. 1-5 октября 2013 г. Минск, Беларусь.
17.
Международная конференция «Актуальные проблемы математики и информатики» посвященный к 90-летию Г.А. Алиева. 29-31 мая. 2013
18.
Concision Mathematics conference. 2014. September, 5-6, 2014. Tbilisi, Georgia.
19.
Международная конференция посвященной 55-летию ИМ и М НАН Азербайджана. Баку, 15-16 мая, 2014.
20.
The intern. conference on control and optimization with Indus. Appl. Baku, Azerbaijan. 27-28 August. 2015.
21.
Azerb-Turkey-Ukrainan Intern. Conf. Math. Anal., Differential Equations and their. Baku, Azerbaijan 2015. September, 08-15.
22.
Международная конференция «Теоретические и практические проблемы математики». Сумгаит, 2017.

Kafedra Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsi, Sankt-Peterburq Dövlət Universitetinin Tətbiqi riyaziyyat və idarəetmə prosesləri fakültəsi, İrkutsk Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakultəsi, Belarus Dövlət Universitetinin Tətbiqi riyaziyyat və informatika fakultəsi, Belarus MEA-nın Riyaziyyat institutu, Tbilisi Dövlət Universitetinin Tətbiqi riyaziyyat institutiu, Belarus Dövlət İqtisad universitetinin “Riyaziyyat” kafedrası, Rusiya Elmlər Akademiyası Ural bölməsinin Riyaziyyat və mexanika institutu ilə elmi əlaqə saxlayır.

Bookmark and Share