INFORMATIKA KAFEDRASI
Kafedranın tarixi
Kafedra rektorun 11.07.2000-ci il R-81 saylı əmrinə əsasən Universitetdə yeni informasiya texnologiyalarının, kompüter texnikasının tədris prosesində geniş tətbiqinin təmin edilməsi və «İnformatika» fənninin tədrisinin keyfiyyətcə yeni mərhələyə qaldırması məqsədilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin nəzdində yaradılmış və 15 fakültədə tədris aparır.
Kafedraya yarandığı gündən 05.07.2016-cı ilə tarixinə kimi dosent Mübariz Sevdimalı oğlu Xəlilov rəhbərlik etmişdir.
Kafedranın əməkdaşları tədrislə yanaşı geniş elmi axtarışlar aparırlar. 2000-2004-cü illərdə Respublikada ilk dəfə olaraq "İnformasiya texnologiyaları və tətbiqi proqramlar mövzusunda" Respublika konfransları keçirilmişdir. Kafedrada «Qlobal şəbəkələrdə mürəkkəb əlaqələrin təşkili. Şəbəkə mühitində informasiya təhlükəsizliyi» istiqamətində elmi-tədqiqat işləri aparılır. Aparılan tədqiqat işlərində şəbəkə texnologiyasında əməliyyatların kəsilməzliyinin, paylanmış sorğuların emalının təmin edilməsi, uzaq məsafədən və çox böyük həcmli informasiya ehtiyatlarının idarə olunmasının optimal metodlarının tədqiqi araşdırılır.
Kafedranın hazırladığı fənn proqramlarından, dərsliklərdən, metodik göstərişlərdən respublikanın bir sıra ali tədris müəssisələri istifadə edirlər. 05.07.2016-cı ilə tarixindən 15.09.2018- ci ilə qədər kafedraya prof. K.R.Ayda-zadə rəhbərlik etmişdir. 05.07.2019- cu il tarixdən kafedraya dosent Mübariz Sevdimalı oğlu Xəlilov rəhbərlik edir. Kafedrada 1 prof., 7 dosent, 1 müəllim, 1 laborant çalışır.
Kafedranın ştat cədvəli
- T.e.d.,dos. Mübariz Sevdimalı oğlu Xəlilov -kafedra müdiri
- Pedaqoji elmlər doktoru, professor Alışov Mönsüm Ədil oğlu
- R.e.d., professor Yeganə Ramiz qızı Əşrəfova
- F.r.e.n., dos.Talıbov Səxavət Qurban oğlu
- F.r.e.n., dos. Natiq Əliabbas oğlu Quliyev
- T.e.n. dos. Nazlı Əli qızı Həsənova
- R.ü.f.d., dos. İradə Balarza qızı Dadaşova
- R.ü.f.d., dos.Sevinc Ramiz qızı Rəsulova
- İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Rəhimova Gülnarə Əli qızı
- F.r.e.n., baş müəllim Şamilova Bahar Qurban qızı
- m. Firuzə Allahqulu qızı Əliyeva
Kafedrada tədris olunan fənnlər: Kompüter və Təhsildə İKT, İnformatika, İnformatika və Təhsildə İKT, İnformatika və kompüter texnologiyası, Kitabxanaçılıq işində kompüter texnologiyası, Kompüter qrafikası, Turizmdə informasiya texnologiyası, İnformatika və proqramlaşdırma, Kompüter modelləşdirməsi, Təhsildə İKT, İnformatikanın tədrisi metodikası, Kompüter şəbəkələri və şəbəkə əməliyyat sistemi, Verilənlər bazası, Ümumi təhsil kurrikulumunun əsasları, Kompüterlərin arxitekturası və əməliyyat sistemləri, Web proqramlaşdırma, Tətbiqi məsələlərin həlli, Sistem və proqram təminatı, Şəbəkə və onlardan istifadə, İnformasiya sistemləri və verilənlər bazası, VTS texnologiyaları, Web proqramlaşdırma, Müasir təlim texnologiyası, Turizmdə informasiya texnologiyası, Çoxprosessorlu hesablama sistemləri, Müasir şəbəkə texnologiyaları, Verilənlər bazasının idarəetmə sistemləri, İnternetdə proqramlaşdırma.
Kafedranın elmi istiqaməti:
- Surətlərin tanınması nəzəriyyəsi
- Kompüter modelləşdirməsi
- Hesablama riyaziyyatının ədədi üsulları
- Mürəkkəb tətbiqi məsələlərin həlli üçün alqoritm və üsulların işlənməsi
Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar
- M.S.Xəlilov “Основы информатики”, Bakı -2011, səh. 87.
- Quluyev Natiq, Zəfər Şamilov “İnformatika”, Bakı -2013, səh. 728.
- M.S.Xəlilov, N.Ə.Həsənova, L.İ.Əmirova “Windows7, MS Office 2010”, Bakı -2014, səh. 183.
- M.S.Xəlilov, N.Ə.Həsənova “İnformatika”, Bakı-2015, səh. 415.
- Elmira İsrafilova, Nazli Həsənova “İnformasiya texnalogiyalari sistemləri” Bakı -Mutərcim-2015, səh. 310.
- Quluyev Natiq “Microsoft Office Publisher 2010” Bakı -2015, səh. 183.
- İrada Dadashova İnformatics and Basics of Computer Skills Bakı -2016, 291.
Kafedranın beynəlxalq əlaqələri:
Kafedra bir neçə xarici dövlətin universitetləri ilə elmi əlaqələr qurur. Kafedranın əməkdaşları dövrü olaraq beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir və bir neçə xarici ölkələrin universitetləri ilə əlaqə saxlayırlar. Xəlilov Mübariz Sevdimalı oğlu Tbilisi Texniki Universiteti, Belarus Dövlət Universiteti, İranın Zəncan Universiteti ilə, Abdullayev Cavid Sadiq oğlu isə ABŞ-ın Massaçusets Universiteti ilə əlaqə saxlayırlar. M.V.Qluşkov adına Kibernetika İnstitutu (Ukrayna), Rusiya Federasiyasının Elmlər Akademiyasının Hesablama Mərkəzi
Kafedra müdiri, AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Kamil Rəcəb oğlu Ayda-zadə az/content/aydazad_kamil_rcb_olu
F.r.e.n., dos. Mübariz Sevdimalı oğlu Xəlilov az/content/xlilov_mbariz_sevdimal_olu
F.r.e.n., dos. Natiq Əliabbas oğlu Quliyev az/content/quliyev_nati
T.e.n. dos. Nazlı Əli qızı Həsənova az/content/nazl_hsnova
R.ü.f.d., dos. İradə Balarza qızı Dadaşova az/content/dadaova_rad_balarza_qz
F.r.e.n., m. Leyla İkram qızı Əmirova az/content/mirova_leyla_kram_qz_
R.ü.f.d., b/m. Bahar Qurban qızı Şamilova az/content/amilova_bahar_qurban_qz
m. Firuzə Alahqulu qızı Əliyeva az/content/liyeva_fruz_