www.applmath.az

Home az | ru | en

Prezident İlham Əliyev BDU-nun əməkdaşlarını təltif etdi

28/11/2019

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib.
“Əməkdar müəllim”
Hüseynov Hidayət Məmməd oğlu - Tətbiqi riyaziyyat kafedrasının professoru
Mahmudzadə Ramin Əlinazim oğlu -Informasiya texnologiyalari və proqramlaşdirma kafedrasının dosenti
Məmmədov Knyaz Şiraslan oğlu - Riyazi kibernetika kafedrasının professoru
Orucov Həmzağa Davud oğlu - Tətbiqi riyaziyyat kafedrasının müdiri, professor

Prezident İlham Əliyevin digər sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin aşağıdakı əməkdaşları orden və medallarla təltif ediliblər:

“Şöhrət” ordeni ilə
Mehdiyev Məhəmməd Fərman oğlu - Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik
Mənsimov Kamil Bayraməli oğlu - Riyazi kibernetika kafedrasının müdiri, professor

2-ci dərəcəli “Əmək” ordeni ilə
Məmmədov Yusif Əbülfət oğlu - Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik

3-cü dərəcəli “Əmək” ordeni ilə
Əliyev Ələkbər Əli Ağa oğlu - Informasiya texnologiyalari və proqramlaşdirma kafedrasının müdiri, professor

“Tərəqqi” medalı ilə
Mirzəyev Fərhad Əlif oğlu - İqtisadi kibernetika kafedrasının müdiri, dosent

https://president.az/articles/34954
https://president.az/articles/34951
https://president.az/articles/34950
https://president.az/articles/34949

Bookmark and Share