Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Kompüter elmləri və İnformatika müəllimi ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 45 ildən artıqdır ki, fəaliyyət göstərir. Fakültədə 18 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi, biri isə müxbir üzvüdür), 52 dosent və elmlər namizədi çalışır. Fakültənin 4 müasir kompüter sinfi var.
Fakültədə elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi fikir verilir. Fakültənin hal-hazırda 16 ixtisas üzrə 130 magistrantı,11 doktorantı və 8 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əmkdaşları da iştirak edirlər.
Fakültə əməkdaşları aldıqları elmi nəticələri ölkəmizdə və eləcə də xarici ölkələrdə nəşr edilən elmi jurnallarda çap etdirir, müxtəlif elmi konfranslarda məruzələrlə çıxışlar edirlər.
Dekan: akademik Mehdiyev Məhəmməd Fərman oğlu
Dekan müavinləri:
- Dekan müavini: dosent Mehdiyev Abbas Əli oğlu
- Elmi işlər üzrə dekan müavini: dosent Əfəndiyeva Aytəkin Telman qızı
- Humanitar məsələləri üzrə dekan müavini: dosent Cəbrayılov Şamo İsax oğlu
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 9 kafedra fəaliyyət göstərir:
- Tətbiqi riyaziyyat kafedrası ;
- Riyazi fizika tənlikləri kafedrası ;
- İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası;
- Riyazi kibernetika kafedrası;
- Optimallaşdırma və idarəetmə kafedrası;
- Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrası;
- Iqtisadi kibernetika kafedrasi;
- Tətbiqi analizin riyazi üsulları kafedrası;
- İnformatika kafedrası.
Müasir kompüterlərlə təchiz olunmuş kompüter sinifləri və elmi kitabxana fakültədə tədrisin və elmi tədqiqat işlərinin yüksək səviyyədə aparılmasına xidmət edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 11 istiqamət üzrə elmi-tədqiqat işləri aparılır. Bu istiqamətlər aşağıdakılardır:
- Xüsusi törəməli diferensial tənliklər üçün bəzi məsələlərin tədqiqi və adi diferensial tənliklərin spektral nəzəriyyəsi.
- Bəzi diferensial və inteqral operatorların tədqiqi;
- Paylanmış sistemlərdə informasiyanın tamlığını təmin edən alqoritm və proqram vasitələrinin işlənməsi
- Qeyri-bircins anizotropik örtüklərin asimptotik nəzəriyyəsi;
- Qeyri-lokal şərtli adi və xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi;
- Sosial-iqtisadi proseslərin təhlili və modelləşdirilməsi;
- İqtisadi çatışmazlıq şəraitində resursların bölünməsi;
- Qlobal şəbəkələrdə paylanmış verilənlər bazasının idarəetmə alqoritminin qurulması;
- Kəsilməz və diskret optimallaşdırma və idarəetmə məsələlərinin keyfiyyət və konstruktiv tədqiqi;
- Qeyri-xətti diferensial tənliklər üçün optimal identifikasiya və idarəetmə məsələləri və onların iqtisadi-ekoloji proseslərə tətbiqi;
- Tsiklik xidmətli kütləvi xidmət sistemlərində idarəetmə məsələləri.
Fakültənin keçmiş SSRİ məkanında yerləşən bir çox elm və təhsil müəssisələri ilə əlaqədəri mövcuddur. Bunlardan Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetlərini, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutunu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunu, Moskva Energetika İnstitutunu, Voronej Pedoqoji İnstitutunu, Ukrayna EA-nın Kibernetika İnstitutu, Ukrayna Riyazi maşınların və sistemlərin problemləri İnstitutunu, Ukraynanın Vinnitsa Texniki Universitetini, Belarus Riyaziyyat İnstitutunu və başqalarını qeyd etmək olar. Eyni zamanda ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə də əlaqələr mövcuddur. Bu sıradan Bonn, Leypsiq və Sərbəst Berlin Universitetlərini, İranın Zəncam Universitetini xüsusi qeyd etmək lazımdır.
Fakültənin bir sıra əməkdaşları müqavilə əsasında Türkiyə Respublikasının müxtəlif Universitetlərində çalışırlar.
Bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır
Komüter elmləri
İnformatika müəllimi
Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır
Ehtimal nəzəriyyəsi və riyazi statistika
Əməliyyatlar tədqiqi və sistemli təhlil
Riyazi kibernetika
Riyazi fizika
Optimallaşdırma və optimal idarəetmə
Hesablama diaqnostikası
Diskret sistemlər
Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili
Sistem proqramlaşdırılması
Riyazi modelləşdirmə
İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı
Kompyuter sistemlərinin və şəbəkələrinin proqram təminatı
Optimal idarəetmənin riyazi-iqtisadi üsulları
İnformatika
İnformasiya sistemləri
İdarəetmənin informasiya texnologiyaları
Tətbiqi riyaziyyat
Əsas elmi tədqiqat sahələri
Diferensial operatorların spektral təhlilinin düz və tərs məsələləri
Operator diferensial tənliklər və onlarla bağlı spektral məsələlər
Riyazi fizika məsələlərinin təqribi həll üsulları və onların yığılma məsələləri
Adi diferensial tənliklər spektral nəzəriyyəsi
Xətti və qeyri-xətti xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin tədqiqi
Qeyri-xətti sistemlərin optimal identifikasiyası
Diskret dinamik sistemlər və ardıcıllıq maşınlarının nəzəriyyəsi
Diskret optimallaşdırma və optimal idarəetmə
Tətbiqi-funksional analizin modelləri
Kütləvi xidmət sistemləri, ehtiyatların idarəolunma nəzəriyyəsi, təsadüfi proseslər, təsadüfi dolaşma nəzəriyyəsi, reqresiya məsələləri, statistik modelləşdirmə və statistik analiz
Kompüter şəbəkələrində tətbiqi proseslərin qarşılıqlı əlaqəsinin nəzəri və praktik məsələləri
Fakültənin loqosu